“SƏBA” toyuqlarında çəki fırıldağı

1454831025_sebaBakının məhşur broyler şirkətindən şikayət var.

Oxucular müraciət edərək bildirib ki, paytaxtdakı marketlərdən birindən ”Səba” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içərisi buz parçaları ilə doludur.

Şikayətçi iddia edir ki, şirkət bu yolla məhsulun çəkisini məqsədli şəkildə artırmaqla alıcılarını aldadır.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa cəhd edilsə də, telefonlara cavab verən olmadı. Şirkətə yazılı sorğu göndərilib. \criminal.az\

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR