Şəmkirdə məktəblini ürəyindən bıçaqladılar

indexPolis əməliyyat keçirir.

Bu gün saat 14:30 radələrində Şəmkirin Çaykənd kəndi ərazisində bıçaqlanma hadisəsi baş verib.

Qafqaznews.az Kəpəz TV (Region TV) istinadən xəbər verir ki, kənd sakini, 18 yaşlı Xəlil Süleymanov şəxsi münasibətlər zəminində 16 yaşlı Vüsal Əhmədovu bıçaqlayıb.

Ürək nahiyəsindən və bədənin qol hissəsindən bıçaq xəsarəti alan Vüsal Əhmədov dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda polis cinayəti törətməkdə şübhəli bilinən Xəlil Süleymanovun tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR