Sevgini öldürən xəstəlik : Qısqanclıq

12657410_1687911081492809_6154343001662175081_oİnsanların qısqanclığa olan baxışları çox fərqlidir. Əksər insanlar qısqanclığın hər kəsdə az da olsa olan xüsusiyyət olduğunu düşünür. Həyatı boyu birlikdə vaxt keçirdiyi insanın az qala hər şeyini- gözəlliyini, zəkasını, bacarığını, var-dövlətini, evini, işini, uşaqlarını və sairəni  qısqanır

Halbuki qısqanc insan  düşüncələrini Quran ilə dəyərləndirsə qarşısındakının hər şeyini Allahın ona bəxş etdiyini bilər və ona qısqanmaz.

Qısqanclıq insanın dünyaya olan bağlılığından yaranır, həmçinin  Allahın Quranda qadağan etdiyi rəftar pozuqluğudur. “… Doğrusu, nəfslər xəsislik etməyə hazırdır….” (Nisa surəsi, 128) ayəsi ilə Allah insanların nəfsində belə bir duyğu olduğunu bildirmişdir.Qısqanc insan başqalarının yaxşılığına, uğuruna sevinmək əvəzinə bunlardan sıxılır. Qısqanclıq sevgiyə ziddir. Sevgini öldürən bir xəstəlik var, vəba kimidir.Qısqandığı insanların sahib olduqları onu bədbinləşdirir  və  əzab verir. Bu qısqanclıq  onu qarşısındakı insanlara zərər verməyə  qədər apara bilər. Halbuki sevgini qısqanmazlar. Əgər sevdiyinə biri zərər verəcəksə ,onu qoruyarsan.O zaman qısqanarlar. Və yaxud sevdiyinə qıya bilməzsə , onu qısqanarsan.Yoxsa sevdiyini niyə qısqanasan? Ona, hər hansı bir şəkildə bir şey olmasından narahat olduğun üçün meydana gələn hissə qısqanma adlanır.Üşüməməsi, pis söz eşitməməsi, qüruruna zərər gəlməməsi, onun üçün alınan hər tədbirə qısqanma deyilir.

Qısqanclıqla bağlı  bir ayədə belə buyrulur:

Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allah’dan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi biləndir. (Nisa surəsi, 32)

Daxilən yaşanan bu gizli əzabdan xilas olmağın tək yolu  nəfsi bütün bu pisliklərdən təmizləmək və hər şeyi Quran ayələri ilə dəyərləndirməkdir. Əks halda, nəfsdəki bu pisliklər insanı məhv edər. İnsan bütün gözəlliklərin, malın, mülkün əsl sahibinin Allah olduğunu, bunlarla əxlaqının sınandığını bilməlidir. Artıq bu həqiqət üçün yaşadığına görə hər gözəllik özü üçün zövq alacağı bir nemətə çevriləcək.

Nəzakət Bədirova

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR