Şimali Osetiyanın rəhbəri vəfat edib

7f5d9a27-c1de-422d-a63e-5c9465f22594_292Şimali Osetiyanın rəhbəri Tamerlan Aquzarov 53 yaşında vəfat edib. Moskvada müalicə alan ölkə rəhbəri pnevmoniyadan əziyyət çəkirdi.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“O, uzun zaman xəstə olub, uzun illər ərzində xəstəliklə mübarizə aparıb”, – respublika rəhbəri administrasiyasından yüksək vəzifəli məmur bildirib.

T.Aquzarov 13 sentyabr 2015-ci ildə respublikanın rəhbəri vəzifəsinə təyin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR