Stalin Rəsul Rzaya nəyi irad tutdu?

66258Moderator.az saytı“Yada düşər xatirələr” layihəsindən növbəti yaızını təqdim edir. Bu dəfə xalq şairi, Kinomatoqrafiya naziri, Sovet Ensiklopediyasının baş redaktoru, Yazıçılar İttifaqının sədri kimi məsul vəzifələrdə çalışmış Rəsul Rza haqqında onun bacısı Sara Məmmədxanlının və yaxın dost olmuş Maestro Niyazinin (Niyazi Hacıbəyov-Tağıyev) xatirələrini təqdim edəcəyik:
“Rəsul elə başı bəlalı olub”
Bir gün Rəsul təzə ovxarlanmış dəhrə ilə odunları yarırdı. Birdən qışqırdı: “Mənim barmağımı verin, barmağımı verin”. Ona tərəf qaçdıq. Rəsul uşaqlıqdan ağlağan idi. Amma gördük ki, bu dəfə vəziyyət ciddidi. Bizə çatanda dedi ki, barmağımı xoruz uddu. Çatıb gördük ki, həqiqətən də dəhrə onun baş barmağının ətini qoparıb.
Bir dəfə də Rəsul qonşuya oynamağa getmişdi. Bir də gördük ki, qonşu oğlu gəlib dedi ki, Rəsul bizdədi, Xosrov (nökərləri) gəlib onu gətirsin, özü gəzə bilmir. Biz elə bildik ki, gecə evə qayıtmaqdan qorxduğu üçün belə edib. Xosrov qayıdanda gördük ki, Rəsulu öz belində götirir. Sən demə, Rəsul ağacdan yıxılandan sonra daha ayağa qalxa bilməyib. Ayağına ilan sümüyü batmışdı. Vəziyyət ciddi idi. Bakıya apardılar. Mirəsədulla həkim (Azərbaycanın ilk akademiki, Elmlər Akademiyasının ilk prezidenti Mirəsəddula Mirqasımov-E.N) dedi kki, ayağı təcili kəsilməlidir. Amma gözlədilər. Qızdırma aşağı düşməsə idi ayağı kəsiləcəkdi. Lakin möcüzə nəticəsində Rəsulunun qızdırması dayandı. Beləliklə ayağını kəsmədilər.
Qeyd: Araşdırmaçı professor Abbas Zamanov öz xatirələrində yazır ki, vaxtilə müharibə zamanı Rəsul Rza cəbhəyə getməməkdən ötrü həmin zədəli ayağını tam ixtiyarı ilə əsas gətirə bilərmiş. Amma bunu etməyib. Müharibədə hər ikisi hərbi müxbir kimi çalışdıqlarından eyni ərazidə xidmət keçiblər. Abbas Zamanov deyir ki, günlərin bir günü təyyarə ilə bomba atan zaman onlar həmin bombanın yaxınlığında olublar. Lakin ondan sıçrayan qəlpələrin heç biri nə Rəsula, nə də ona dəyib. Rəsul yaxınlığa düşən qəlpəni özündə saxlayıb və müharibə bitəndən sonra da onu evinə gətirib. Hər zaman deyərmiş ki, bu qəlpə mənə daha çox acıdı. Çünki başıma da düşə bilərdi.
Stalinin sorğu-sualı
Şairin yaxın dostu olan Niyazi onunla bağlı xatirələrində iki məqamdan söz açır:
“1938-ci il. Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənətinin ongünlüyünə hazırlıq gedirdi. Sonuncu ciddi məşqlər filarmoniyada gedirdi. Musiqi nömrələrini filarmoniyanın diretoru kimi şair Rəsul Rza özü elan edirdi.
Mərkəzi Komitənin katibi Mircəfər Bağırov da zalda öncərgədə oturub məşqi izləyirdi. Rəsul ondan soruşdu ki, Moskvada konferansye kim olacaq?
O da yerindən, “şair Rəsul Rza” deyə cavab verdi.
Beləliklə dekadanı Moskvaya Rəsul apardı. Sonuncu gündə yenə də o, bir-bir səhnəyə çıxanları təqdim edirdi. Qara Qarayevin “Ürək haqqında mahnı” əsəri ifa olunacaqdı. Rəsul hamının adını çəkdi. İfaçıların, bəstəkarlaırn adlarını çəksə də sözlərin müəllifi kimi öz adını çəkmədi. Musiqi bitəndən sonra hökumət lojasından Stalinin səsi gəldi:
– Bu mahnının sözləri kimindi?
Rəsul Rza cavab verdi:
– Mənimdir, yoldaş Stalin…
– Onda elan etmək lazım idi…
Amma Rəsul çox təvazökar idi. Elə səhnənin arxasında da mənə demişdi ki, sözlərin müəllifi mənəm, amma adımı çəkməyəcəyəm.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR