Suriya kürdlərinin nümayəndəsi: “Türkiyənin Suriyaya müdaxiləsi böyük müharibəyə səbəb olacaq”

27432209cb0c3dfcf0262a9ca66b6d95“Rusiya Türkiyənin Suriyaya daxil olacağı təqdirdə, kürd üsyançıları müdafiə edəcəyinə söz verib, ona görə də Ankara tərəfindən atıla biləcək belə addım böyük müharibəyə səbəb olacaq”.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədəSuriya kürdlərinin Moskvadakı nümayəndəliyinin rəhbəri Rodi Osman “Bloomberg” agentliyinə açıqlamasında deyib. “Rusiya istənilən müdaxiləyə reaksiya göstərəcək. Kürdlərlə yanaşı, Suriyanın ərazi bütövlüyünü də müdafiə edəcək”, – deyə o, söyləyib.

Öz növbəsində, Suriya müxalifətinin Moskvadakı nümayəndəsi Qadri Cəmil bildirib ki, havadan dəstək göstərməklə yanaşı, Moskva suriyalı kürdləri  silah-sursatla da təmin edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR