Tanınmış vəkildən Ali Məhkəmə sədrinə ittiham : “Rəşad Məmmədovu o buraxacaq”

Безымянный copy“Rəşad Məmmədov sadəcə fiqurdur, amma onunla əlbir olan Əli Əsədov və Azər Əsgərov məsuliyyətə cəlb olunmur”

Fevralın 4-də Qafqaznews.az saytında “Rəşad Məmmədov azadlığa buraxılır?” başlıqlı yazı dərc olunub. Məqalədə bildirilir ki, hazırda həbsdə olan, ötən ilin mayında saxlanılan Dövlət Bayrağı Meydanının sabiq rəisi Rəşad Məmmədovun azadlığa buraxılması gözlənilir. “Bu barədə Qafqaznews.az-a məlumat verən mənbə bildirib ki, R.Məmmədova yaxın olan şəxslər müxtəlif kanallar vasitəsi ilə onun zindandan xilas olması üçün canfəşanlıq edirlər. Hətta Məmmədov-Martirosovun yuxarı dairələrdə bəzi şəxslərə milyonlarla manat həcmində ölçülən vədlər verdiyi iddia olunur. Məlumata görə, aylardır məhkəmə prosesi uzadılan bu şəxsin azadlığa “qovuşması” gün uzaqda deyil.94378_src

Lakin görək, R.Məmmədov bu azadlığa nə dərəcədə layiqdir?” – yazıda bildirilirdi. Yazının dərcindən sonra, tanınmış vəkil Ramiz Zeynalov əməkdaşımızla söhbət zamanı bildirib ki, Rəşad Məmmədovun azadlığa buraxılacağı barədə məlumatları təsdiqləyib.

“Rəşad Məmmədov 2004-cü ildə “Azimport”u təsis edib, amma onun arxasında Əli Əsədov (Prezidentin İqtisadi məsələlər üzrə müşaviri – red.) və qaynı Azər Əsgərov durub. Bu işlərin əsas rəhbəri Əli Əsədov olub. Rəşad Məmmədov sadəcə fiqurdur, amma onunla əlbir olan Əli Əsədov və Azər Əsgərov məsuliyyətə cəlb olunmur. Rəşad Məmmədovun işbirliyində olduğu “Azərenerji” və Dövlət Əmlak Məsələləri Komitəsindəki rəhbər şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Onlar milyonlarla vəsaitin ölkədən oğurlanmasına, qanunsuz tikinti və söküntü işlərinə cavabdehdirlər”. Onun sözlərinə görə, Əli Əsədov və Azər Əsgərov artıq Ali Məhkəmə sədri Ramiz Rzayev ilə razılaşıblar: “Ramiz Rzayev hərbi prokuror olan zaman Azər Əsgərova kömək etmişdi.

http_95.86.135.60_bpictures_picture166322İndi də onunla razılaşıblar ki, Rəşad Məmmədovu tezliklə azadlığa çıxarsınlar.Təsəvvür edin, Əli Əsədov gedib 50 minə ağaclar alıb gətirib. 50 minə dünyada ağac yoxdur. Bunlar Azərbaycanın iqliminə yaramır. Kimə lazımdır bu?” O vurğulayıb ki, müxtəlif maxinasiyalara əl atan Əli Əsədov tərəfindən oğurlanan pulların hamısı Rəşadın boynuna qoyulub. “Azimport” həm vergidən, həm də büdcədən nə qədər pul oğurlayıb. Bunun hamısını Rəşadın boynuna yıxmaq istəyirlər.

R.Zeynalov əlavə edib ki, Əli Əsədovun göstərişi ilə və bilavasitə Azər Əsgərovun da iştirakı ilə ona məxsus olan Zağulbada 360 kvadrat metrlik “Rəvan” kafesi sökülüb, kompensasiyası verilməyib. Vəkilin sözlərinə görə, təkcə onun yox, bir çox vətəndaşın evi və mağazası sökülüb, yerində isə müxtəlif biznes obyektləri və mülklər tikilib, amma sahiblərinə kompensasiya verilməyib. “Bu faktlar nədənsə müxtəlif instansiyalarda ört-bastır edilir. Xəzər RİH başçısı Gülağa İslamov da bu işlərdə onlara kömək edib”, – deyə Ramiz Zeynalov əlavə edib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR