Tovuzda oğru özünü damdan atdı

12Niftəliyev budunu sındırıb.

Tovuz rayonunda özünü mağazanın damından atan şəxs xəsarət alıb.

Qafqaznews.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Cırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Niftəliyev sağ bud nahiyəsinin sınığı xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Məlumata görə, C.Niftəliyev ötən gecə oğurluq məqsədilə rayondakı mağazalardan birinin dam örtüyündən tikiliyə keçmək istəyərkən yaxalandığını görüb və özünü ordan yerə atıb.

Nəticədə xəsarət alan C.Niftəliyevi polis əməkdaşları xəstəxanaya aparıblar.

Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR