Türk futbolçusu hakimə qırmızı vərəq göstərdi – VİDEO

3c4cc4e082093a1f3c1888cfac90bb77Komanda matçı 7 nəfərlə başa vurdu.

“Qalatasarayla”  ölkə çempionatının matçı zamanı baş hakimin qərarından narazı qalan Türkiyə “Trabzonsporunun” müdafiəçisi Salih Dursun referiyə  qırmızı vərəq göstərdiyi üçün meydançadan uzaqlaşdırılıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə 21 fevralda İstanbulda baş tutan və 2:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə bitən matçın 86-cı dəqiqəsində baş verib.

Hakim “Trabzonsporun” müdafiəçisi Luis Pedro Kavandanı meydançadan uzaqlaşdırandan sonra, komandanın narazı oyunçuları əlindən qırmızı kartı salan arbitrı mühasirəyə alıblar. Özünü vərəqə birinci çatdıran Dursun referinin “uzaqlaşdırıb”.

Komanda oyunu yeddi nəfərlə başa vurub: bir az öncə oyunu ikinci sarı karta görə Özər Xurmacı və Aykut Dəmir tərk etmişdi. İkiqat kənarlaşdırmadan sonra Trabzondan olan komanda qapısına penaltidə qol buraxıb və məğlub olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR