Türk hərbçiləri Suriyaya girdi

publika.az14554809811455480261Türkiyə ordusunun 100 nəfərlik silahlı bir qrupu Suriyaya girib. 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Əsəd hökuməti də faktı təsdiqləyərək, türkiyəli hərbçilərin Suriyanın şimalına “pikap” avtomobilləri ilə daxil olduğunu söyləyib. Türkiyə hərbçilərinin Azez bölgəsinə silah-sursat apardığı da iddia edilir. Rəsmi Ankara isə hələlik məsələ ilə bağlı heç bir açıqlama yaymır.

Qeyd edək ki, bundan öncə Türkiyə Suriyanın şimalında yerləşən kürd silahlı qruplaşmalarına artilleriya zərbələri endirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR