Türkiyə sərhədində 35 min suriyalı qaçqın toplaşıb

1434905865_1-turciya-siriya_xaxa-net.ruHazırda bu insanları ölkə daxilinə buraxılmasına zərurət yoxdur.

Türkiyə sərhədində son 48 saat ərzində 35 minədək suriyalı qaçqın toplaşıb.

Oxu.Az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə sərhədyanı Kilis əyalətinin valisi Süleyman Tapsız bildirib.

Məlumata görə, hazırda sərhədin Suriya istiqamətində yaradılan düşərgələrdə qaçqınların yerləşdirilməsi prosesi davam etdirilir.

“Biz qapılarımızı onların üzünə bağlamamışıq, sadəcə, hazırda bu insanları ölkə daxilinə buraxılmasına zərurət yoxdur”, – deyə vali bildirib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da Amsterdamda Aİ XİN Nrəhbərləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyə-Suriya sərhədinin açıq olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir.

“Biz hələ də Suriyadan qaçan insanlara qarşı “açıq sərhəd” siyasətinə sadiqik”, – deyə Çavuşoğlu bildirib.

“Biz artıq 5 min nəfəri qəbul etmişik, daha  55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir və biz onlara biganə qala bilmərik, çünki hava zərbələri davam etdirilir”,- deyə Türkiyə XİN rəhbəri əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR