Ukrayna Rusiya kanalını Azərbaycan kanalı ilə əvəzlədi

kanal-3Yayım zamanı nə tərcümə, nə də subtitr yoxdur.

Bir neçə gün öncə Slavyansk sakinlərinin ekranlarında yeni bir kanal peyda olub.

Oxu.Az “Delovoy Slavyansk”a istinadən xəbər verir ki, sakinlər bir neçə gün öncə teleekranlarda xarici, çox güman ki, Azərbaycan dilində olan yeni bir kanal peyda olub.

Həm də Slavyansk sakinlərinin sözlərinə görə, yayın zamanı nə tərcümə, nə də ki subtitr var.

Sakinlər yeni xarici kanalın qadağan edilmiş KİV-in yerinə yayınlandığını ehtimal edirlər.

Xatırladaq ki, Ukraynada 15 Rusiya telekanalını qadağan ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR