Venesuelada benzin 60 dəfə bahalaşacaq

68967İqtisadiyyatının əsas hissəsi neft gəlirlərindən ibarət olan Venesuelada benzinin qiyməti 60 dəfəyə qədər bahalaşacaq. ANS PRESS-in məlumatına görə buna, ölkənin milli valyutası bolivarın 58.7% həcmində devalvasiyaya məruz qalması səbəb olub. Bu barədə ölkə prezidenti Nikolas Madurro dövlət telekanalı ilə çıxışında açıqlama verib. Madurro nəft məhsullarının bahalaşacağını, valyutanın kursunda devalvasiyaya gediləcəyini vurğulayıb.
Bahalaşmadan əldə olunacaq gəlirlərin dövlətin sosial proqramlarına yönəldiləcəyini deyən Madurro ölkə sakinlərindən bu sistemə dəstək vermələrini istəyib. Ölkə prezidenti həmçinin devalvasiya nəticəsində 1 Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının 6.3 bolivardan 10 bolivara yüksələcəyini deyib.
Son 20 ildə neft məhsullarında ilk dəfə bu qədər ciddi bahalaşma olacaq və ölkədə benzinin litrinin qiyməti 0.1 bolivardan 6 bolivara qalxacaq.
Madurronun iqtisadiyyatı dirçəltmək üçün gördüyü tədbirlərin kifayətsiz olduğunu hesab edən ölkə müxalifəti prezidentin istefa verməsi üçün referendum tələb ediblər.
Fünya birjalarında neftin ucuzlaşması ixracat gəlirlərinin 95% neftdən asılı olan bu ölkədə gəlirlərin azalmasına, infilyasiyanın qalxmasına və ərzaq böhranına səbəb olmuşdu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR