Vyana yenə ən yaşamalı şəhərdir

img2014591“Mercer” konsaltinq şirkəti dünyada ən yaşamalı şəhərlərin reytinqi açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində birinci yeri Avstriyanın paytaxtı Vyana tutur.
Vyana 17-ci dəfədir ən yaşamalı şəhərlər sırasında birinci yerdə dayanır.
Siyahıda sonrakı yerlərdə Sürix (İsveçrə), Oklend (ABŞ), Münhen (Almaniya) və Vankuver (Kanada) gəlir.
“Mercer” konsaltinq şirkətinin təhlilinə görə, yaşamaq üçün ən pis şəhər İraqın paytaxtı Bağdaddır.
Reytinq cədvəli tərtib olunarkən əsas meyarlar kimi sabitlik, səhiyyə, təhsil, cinayətkarlığın səviyyəsi, asudə vaxtın təşkili, nəqliyyat vəziyyəti, ümumilikdə 10 meyar götürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR