
Bu, 1920-ci ildən bəri Yaponiyada əhali sayının dinamikasında ilk dəfə qeydə alınan azalma tendensiyasıdır.
Keçən ilin oktyabr ayında ölkə əhalisinin sayı 127.1 milyon nəfər olub.
Bundan əvvəlki siyahıya alınma kampaniyası Yaponiyada 2010-cu ildə keçirilmişdi.
2010-cu ilin göstəricilərilə müqayisədə 2015-ci ildə əhalinin sayı 0.7%, və ya 947,000 milyon nəfər azalmışdı.
Yaponiyada doğum səviyyəsinin azalması və immiqrasiyanın aşağı səviyyədə olmasına istinad edən demoqraflar əhalinin sayının azalmasını bundan xeyli əvvəl proqnozlaşdırırdılar.
Əhalinin sürətlə yaşlaşması nəticəsində Yaponiya iqtisadiyyatında durğunluq tendinsiyaları güclənir, səhiyyə xərcləri artır.