Zidan ilk qələbəsindən danışdı

zidan_0214“Real” (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında səfərdə “Roma”ya qalib gəldikləri oyun haqda danışıb.

Qafqaznews.az  qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis komandasının oyunundan və nəticədən razı qaldığını bildirib:

“Komandamın oyunundan və nəticədən razı qaldım. Matçın çətin keçəcəyini bilirdik. İlk hissədə rəqib ciddi təzyiq etdi. Ancaq sonadək mübarizə apardıq və Romadan sərfəli nəticə ilə qayıdırıq. Ronalduya gəlincə o, möhtəşəm idi. Digərləri də həmçinin. “Real”da olduğum üçün xoşbəxtəm və komandamın inkişaf etdiyini sübuta yetirməyə çalışıram”.

Qeyd edək ki, “Roma” üzərindəki qalibiyyət (2:0) Zidanın “Real”ın baş məşqçisi kimi Çempionlar Liqasında ilk qələbəsi olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR