AMEA Mərkəzi Elmi Kitabxanasında stomotoloji müayinə həyata keçirilmişdir

402664590Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Mərkəzi Kliniki Xəstəxananın stomotoloqu Günel Əhmədova MEK-in əməkdaşları arasında diş müayinəsi aparıb.

İlk olaraq dişləri qorumaq məqsədilə maarifləndirmə tədbiri təşkil olunub. Mərkəzi Kliniki Xəstəxananın stomotoloqu Günel Əhmədovanın məruzəsi dinlənilib. Məruzədə bildirilir ki, dişlərə düzgün qulluq  edilməsi həm sağlamlıq, həm də estetik baxımdan olduqca aktual problemlərdəndir. Çıxış zamanı dişlərin daim sağlam qalması üçün zəruri olan qaydalar sadalanmış, bir sıra diş xəstəliklərinin yaranma səbəbləri və profilaktika üsulları haqda ətraflı məlumat verilmişdir.

Məruzənin sonunda əməkdaşları maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra stomotoloq Günel Əhmədova MEK işçilərinin stomotoloji müayinəsini həyata keçirmişdir.  Müayinə zamanı onların dişlərinin ilkin diaqnostikası təyin olunub, lazımi məsləhətlər verilib.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR