Arif Quliyev: “Beşinci dəfədir ki, ölüm xəbərimi yayırlar”

1459234302Xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılıb.

Aktyorun Teleqraf.com-a açıqlamasına görə, dəfələrlə ölüm xəbərini yayıblar: “Səhhətimdə hər hansı problem yoxdur. Sadəcə qripəm.  Ölüm xəbərimi yayan  adama gəlincə ətrafımda hər hansı şübhələndiyim insan yoxdur. Nə demək olar? Beşinci dəfədir ki, ölüm xəbərimi  yayırlar. Axmaq deyiləm ki, sübutsuz kimdənsə şübhələnim. Nəyimə lazımdır. Başımı ağrıtmaq istəmirəm. O kimdirsə Allah bəlasını verəcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR