Azərbaycanda 30 mindən çox işsiz var

68b8cb880b400efa37511f10fdfc57b4Bu il martın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 921 min nəfər olub, onlardan 4 mln. 676,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 488,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 874,7 min nəfər, qeyri-dövlət sektorunda isə 613,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 454 min nəfər çalışıb.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,2%-i emal sənayesində, 6,1%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

 

Xidmət sahəsində işləyənlərin 22,8%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,0%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,8%-i istirahət, əyləncə və incəsənət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

 

Bu ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,5 saat təşkil edib. Mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30,6 min nəfər olub, onların 38,1%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 263,1 manat olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR