Banqladeşdə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub

img2020056Banqladeşdə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub. 
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zahid Malikə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 67 yaşlı bir nəfərdə Zika virusu aşkar edilib. Nazir müşahidə altında tutulan şəxsin səhhətinin yaxşı olduğunu qeyd edib.
Məlumatda o da bildirilir ki, virusun daşıyıcısı olan şəxs ölkənin cənubunda yerləşən Çitaqonq şəhərində yaşayır və daha əvvəl ölkədən kənara çıxmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR