Belçika İŞİD-in paytaxtı elan olundu

publika.az1458757533axar.az145875109112516495_1696369160645847_1691195449_nÖtən gün Belçikada terror törədən İŞİD-lə bağlı maraqlı xəritə yayılıb.

Axar.az xəbər verir ki, “İndependent” qəzetinin yaydığı xəritədə hansı ölkədə nə qədər İŞİD terrorçusunun olduğu barədə məlumatlar yer alıb.

Qəzetin xəbərinə görə, Avropada ən çox İŞİD-çinin olduğu ölkələrin sırasında AB və NATO-nun paytaxtı hesab edilən Belçika da var. Bu ölkədə 40 İŞİD-çinin gizləndiyi bildirilir.

Belçikanı daha sonra İsveç, Danimarka və Fransa izləyir.

Qeyd edək ki, İŞİD ötən gün Brüssel hava limanında və şəhərin iki metrostansiyasında terror aktı törədib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR