Bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verilib

133560_res_01Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

“Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də bütün Silahlı Qüvvələrimizin şəxsi heyəti kimi Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız”, – deyə müdafiə naziri bildirib.

Təltif olunan zabitlər göstərilən etimada görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Novruz bayramı ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.

133562_src 133561_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR