Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək

championsleauge2Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində cavab oyunlarına start veriləcək.

Qafqaznews.az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə rəqib meydanında qələbə qazanmış komandalar bu dəfə doğma meydanda turu rəsmiləşdirmək üçün mübarizə aparacaqlar.

İtaliyada 2 cavabsız qolla qalib gələn “Real”ın öz meydanında “Roma”ya boyun əyəcəyi inandırıcı görünmür. Madriddə iki əsas oyunçusu, müdafiəçi Antonio Rudiger və lider Daniele de Rossinin xidmətlərindən istifadə edə bilməyəcək “canavarlar”ın turu keçməsi möcüzəyə bərabərdir.

“Real”da isə vəziyyət nisbətən yaxşıdır. Uzun müddətdir zədəli olan Qaret Beyl, Pepe və Marselo artıq komanda ilə birlikdədirlər. Toni Kroos və Luka Modriçin iştirakının sual altında olacağı matçda Benzemanın oynamayacağı dəqiqdir. Ancaq istənilən halda, “kral klubu”nun bu matçda üstünlüyü əldən verəcəyini düşünmək sadəlövhlük olar.

Günün digər oyununda “Volfsburq” səfərdə qalib gəldiyi “Gent”i qəbul edəcək. Almanlar rəqibin önünə ciddi itkilərlə çıxacaqlar. Naldo, Pol Sequin, Sebastyan Yunq və Bas Dost kimi oyunçular klublarında kömək edə bilmirlər. Bunda əlavə, Niklas Bendtner və Dieqo Benalyonun iştirakı da sual altındadır. Buna baxmayaraq, yaxşı formada olan Bundesliqa təmsilçisinin səfərdə qazandığı üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

8 mart
23:45. “Real” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun 2:0

23:45. “Volfsburq” (Almaniya) – “Gent” (Belçika)
Baş hakim: Damir Skomina (Sloveniya)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR