
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TBMM-də çıxışı zamanı deyib.
Çavuşoğlu Türkiyənin şimalında Ukrayna və Krım, cənubunda Suriya ilə İraq probleminin olduğunu bildirərək Abxaziya və Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələrin mövcudluğunu xatırladıb:
“Türkiyə heç vaxt münaqişə tərəfi olmadı. Suriyada böhranın dayandırılması üçün Türkiyə müzakirələr apardı. 5 il əvvəl proqnozlaşdırdığımız təəssüf ki, baş verdi. 400 min insanın bir rejim və terror qruplaşması tərəfindən öldürülməsini kim istəyər? Suriyada 8 milyon insan evlərini tərk etmək məcburiyyətinə qaldı. Türkiyədə 3 milyon suriyalı miqrant var. İraqda da eyni problemlər var. Orada 3 düşərgəni niyə yaratdıq? Hazırda 200 mindən çox iraqlı qardaşımız Türkiyədə yaşayır”.