Çempionlar Liqası: “Real” qəzəbli “canavarlar”a qarşı

img2025953Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində cavab oyunlarına start veriləcək.
Apasport.az-ın məlumatına görə, ilk oyun günündə rəqib meydanında qələbə qazanmış komandalar bu dəfə doğma meydanda turu rəsmiləşdirmək üçün mübarizə aparacaqlar.
İtaliayada 2 cavabsız qolla qalib gələn “Real”ın öz meydanında “Roma”ya boyun əyəcəyi inandırıcı görünmür. Madriddə iki əsas oyunçusu, müdafiəçi Antonio Rudiger və lider Daniele de Rossinin xidmətlərindən istifadə edə bilməyəcək “canavarlar”ın turu keçməsi möcüzəyə bərabərdi.
“Real”da isə vəziyyət nisbətən yaxşıdı. Uzun müddətdi zədəli olan Qaret Beyl, Pepe və Marselo artıq komanda ilə birlikdədilər. Toni Kroos və Luka Modriçin iştirakının sual altında olacağı matçda Benzemanın oynamayacağı dəqiqdi. Ancaq istənilən halda, “kral klubu”nun bu matçda üstünlüyü əldən verəcəyini düşünmək sadəlövhlük olar.
Günün digər oyununda “Volfsburq” səfərdə qalib gəldiyi “Gent”i qəbul edəcək. Almanlar rəqibi önünə ciddi itkilərlə çıxacaq. Naldo, Pol Sequin, Sebastyan Yunq və Bas Dost kimi oyunçular klublarında kömək edə bilmirlər. Bunda əlavə, Niklas Bendtner və Dieqo Benalyonun iştirakı da sual altındadı. Buna baxmayaraq, yaxşı formada olan Bundesliqa təmsilçisinin səfərdə qazandığı üstünlüyü əldən verməsi inandırıcı görünmür.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
23:45. “Real” (İspaniya) – “Roma” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun 2:0
23:45. “Volfsburq” (Almaniya) – “Gent” (Belçika)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun 3:2.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR