Dünya ulduzları Səidin toyunda – VİDEO – FOTO

75213_e68zuidgciMəşhur rusiyalı maqnat Mixail Qutseriyev ikinci oğlu Səidə toy edib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Safisa”da baş tutan toya dünyaca məşhur ulduzlar da qatılıb. Onlar arasında Elton Con, Cennifer Lopes, Stinq, Patrisiya Kaas, Beyons, Enrikie İqlesias və başqaları yer alıblar.

Səidin xanımı Xədicə mərasimdə “Ellie Saab”dan olan gəlinlik geyinib. Libasın çəkisi 25 kiloqramdır. Gəlinin əslən İnquşetiyadan olduğu qeyd olunur. Toyda İnquşetiyanın birinci prezidenti Ruslan Auşev də iştirak edib.

Mənbənin yazdığı məlumatda “Russneft”in rəhbərinin oğlunun toyunu belə dəbdəbəli formada keçirmək üçün külli miqdarda pul xərclədiyi bildirilib. Belə ki, maqnat bunun üçün Cey Loya 5, Elton Cona isə 7 milyon avro verib.

Qeyd edək ki, “Forbes” Qutseriyevləri Rusiyanın 2015-ci ildə ən varlı ailəsi kimi göstərib. Onların təkcə ötən il sərvətlərinin həcmi 4,85 milyard dollar təşkil edib.

showpic_el100 showpic_el100_(11) showpic_el100_(12) showpic_el100_(13) showpic_el100_(14) showpic_el100_(17) showpic_el100_(18) showpic_el100_(51)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR