Dünyada satıcısı olmayan ilk mağaza açıldı

syrutiy_34856876İsveçin Viken şəhərciyində satıcısız və mühafizəçisiz ilk mini-supermarketi açılıb. Artıq bir neçə aydır onların işini smartfon əvəz edir.

Qafqaznews.az AZƏRTAC-a istinadən xəbər verir ki, avtomatlaşdırılmış mini-supermarketin açılması ideyası informasiya texnologiyaları mütəxəssisi Robert Eliasona məxsusdur. O, insan əməyini tamamilə əvəz edən mobil proqram işləyib hazırlayıb. Mağaza gecə-gündüz işləməsinə baxmayaraq, qapısı həmişə bağlıdır. Alıcı içəri girmək üçün smartfonda proqramı aktivləşdirməlidir.

Mağazada kassa yoxdur, hesab ayda bir dəfə alıcının telefonuna göndərilir. Proqramda, həmçinin müştəriyə dəstək xidməti olacaq ki, alıcı mağazada hansı məhsulların çatışmadığını qeyd edə bilsin. Mağazaya oğru girərsə, R.Eliasonun telefonuna dərhal bildiriş göndərilir.

Robert Eliason gələcəkdə ölkənin digər yaşayış məntəqələrində belə mağazalar inşa etməyi planlaşdırır. Bu cür supermarketlərin açılması ölkədə kiçik ərzaq mağazalarını bazardan sıxışdırıb çıxaracaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR