FSB sonuncu imperatorun 2 milyon avroluq konyakını tapdı

img2024034Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Sankt-Peterburq yaxınlığında yerləşən Ust-Lujskiy terminalının ərazisində iki konteyner konyak aşkar ediblər.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FSB-nin Sankt-Peterburq üzrə idarəsindən bildirilib.
“Courvoisier” markalı konyak 1912-ci il istehsalıdır.
Qeyd edilir ki, konyakın bir butulkasının qiyməti 500 min rubla (təxminən 6150 avro) qədər çata bilər. Tapılan içkinin ümumi dəyəri təxminən iki milyon avro təşkil edir.
Qeyd edək ki,konyakın istehsal olunduğu 1912-ci ildə hakimiyyətdə Rusiya imperiyasının sonuncu imperatoru olan II Nikolay Romanov (1869-1917) olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR