“Günahlarımdan qorxub hicab bağladım”

xuraman_susali_012Müğənni Xuraman Şuşalı hicaba keçməsinin səbəbini açıqlayıb.

Qafqaznews.az  axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi “Bizimləsən”ndə Allahın qəzəbindən qorxduğunu deyib:

“Mən ölümdən və qəbr əzabından qorxdum. Anladım ki, bu dünyadan heç kim tutub nəsə apara bilməz. Günahlarımdan qaçmaq istədim. İstədim ki, Allahın nəzəri üzərimdə olsun. Mən Allahın qəzəbindən, əlimdəkiləri alacağından, cəzalandıracağından, günahlarımdan qorxub hicab bağladım. Qorxdum ki, bu hara gedir, axırı haradır?”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR