İcra başçısının bacısı oğlu dəhşətli qəzada öldü

9baa5282f9169c5c8e1b58579859a4a2İcra başçısının daha 4 qohumu isə yaralanıb
Martın 12-nə keçən gecə saat 23 radələrində Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə

bağlı yeni məlumatlar üzə çıxıb. Lent.az Yevlax rayon Polis Şöbəsinə istinadən xəbər verir ki, qəzada vəfat edən 27 yaşlı oğlan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğlu imiş. Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində baş vermiş qəzada yaralanan 4 nəfər isə artıq evə buraxılıb.

Bildirilir ki, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi avtomobil qəfil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində vəfat edib, onun yaxın qohumu olan 4 nəfərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır, ekspertizalar təyin edilib.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR