İki dost iki teraktda həlak oldu – biri fevralda, biri isə dünən

img2030152Dünən Ankarada baş verən terrorda həyatını itirən Ozacan Akkuşun fotosu sosial şəbəkələrdə ən çox paylaşımlar arasında olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə universitet tələbəsi olan Ozacanın bir müddət əvvəl (10 oktyabr 2015-ci ildə) Ankarada  baş verən terrorda dostunu itirməsidir. O, həmin hadisədən dərhal sonra, dostunun itkisinə belə reaksiya vermişdi:
“Gözlərimizdən axan yaş belə əllərinizdəki qanı təmizləməyəcək. O təmiz insan hər zaman sizin yaxanızda, bizim də qəlbimizdə olacaq”.
Cəmi 5 aydan sonra özü də terrorun qurbanı oldu. Bu acı təsadüfdən sonra tvitterdə “ölüm zinciri” haştaqı yaradılıb.
Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 20:35-də Ankaranın Kızılay bölgəsində terror hadisəsi baş verib. Nəticədə 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR