İŞİD-in liderlərindən olan “Çeçen Ömər”in ölmədiyi iddia edildi

img2027498Ötən günlərdə öldürülməsi ilə bağlı xəbər yayılan İŞİD liderlərindən Ömər əl-Şişaninin sağ olduğu, hava əməliyyatında ağır yaralandığı iddia edilib.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, İŞİD lideri ağır yaralandığı üçün Rəqqada xəstəxanaya yerləşdirilib.
Suriyadakı müxalif qruplara yaxın olan Suriya İnsan Haqları Təşkilatı “Çeçen Ömər” ləqəbli Gürcüstan vətəndaşının Suriyanın şimal-şərqinə təşkil olunan hücumda hədəfə alındığını doğrulayıb.
Təşkilatın rəhbəri Rami Əbdülrəhman açıqlamasında “Şişani ölmədi. Hücumda ağır yaralandı və təcili olaraq Rəqqaya aparıldı” – deyə bildirib.
Rəqqada Şişanini qərbli bir İŞİD mənsubunun müalicə etdiyi də bildirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR