İŞİD-in qərargahı yerlə-yeksan edildi – Video

1458548172Qərb koalisiyasına məxsus hərbi təyyarələr İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərini bombalayıb.

Publika.az xəbər verir ki, bombardman İŞİD-in döyüşçüləri tərəfindən həvəskar kamera ilə qeydə alınıb.

Martın 19-da edilən bombardman zamanı xeyli sayda İŞİD döyüşçüsünün öldüyü və yaralandığı bildirilir.

 

Məlumata görə, hava hücumunda İŞİD-in kəşfiyyat qərargahı yerlə-yeksan edilib. Qərargah qız tələbələrin təhsil aldığı kollecdə yaradılmışdı.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-ci ilin iyun ayından İŞİD-in nəzarətindədir. Şəhər İraqda İŞİD-in əsas qalası hesab edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR