İŞİD “paytaxtı”ndan dəhşətli kadrlar – qadınlar danışır – VİDEO

img2030592“İslam dövləti” (İŞİD) terror təşkilatının “paytaxtı” elan edilən Suriyanın Rakka şəhərindən görüntülər yayımlanıb.
Modern.az saytının verdiyi xəbərə görə, CNN telekanalı 2 suriyalı qadının dedikləri və onların apardığı gizli çəkilişlər əsasında Rakka şəhərindən kadrları efirə çıxarıb.
Kadrlarda qara çadrada olan qadınların mağazalaragirdikləri, taksiyə mindikləri, küçələrdə gəzdikləri əks olunub.
Qadınlar bildirib ki, hava hücumlarından dolayı çox adam Rakkanı tərk etmək məcburiyyətində qalıb. Onlar İŞİD-çilərin Suriya sakinlərinin pasportlarını alıb Türkiyəyə qaçmaq istədiklərini də vurğulayıblar.
Kadrlarda qadınların kimliyini gizlətmək məqsədi ilə onların səsi dəyişdirilib, üzləri qara çadra ilə örtülüb.
Oam Məhəmməd adı ilə çıxış edən qadın deyib ki, o, İŞİD-in həyata keçirdiyi dəhşətli edama şahidlik edib.
“Onlar insanları diri-diri yandırmaqla edam edir. İŞİD cansız bədənlərə qarşı təhqiramiz hərəkətlər edir, baş kəsirlər. Başları bir alətin başına keçirib, nümayiş etdirirlər. Ya da cansız bədəni yola qoyub paramparça olana qədər maşınlarla onun üzərindən keçirlər. Mən bir dəfə bu edama baxmağa cəhd etdim, amma bacarmadım”,-deyə dəhşətli anları təsvir edib.
Oam Məhəmməd bildirib ki, Rakka vaxtı ilə Suriyanın ən liberal şəhərlərindən biri olmasına rəğmən, indi burada əzabverici şəriət qaydaları hökm sürür.
“Bütün qadınlar qapalı geyiblər, üzləri qara çadra ilə örtülüdür. Onlar üzlərini göstərmək istəyirlər. Amma təəssüflər olsun ki, belə bir seçimimiz yoxdur. Qadınlığımızı itirmişik”.
Qadınlar qeyd edib ki, mağazalarda satılan saç rənglərinin hamısının üzərinə qara çarşablıların şəkli həkk olunub.
Bununla yanaşı, taksilərdə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadini təbliğ edən musiqilərin səsləndiyi də vurğulanıb.
Oam Məhəmməd söyləyib ki, İŞİD tərkibində döyüşən xarici vətəndaşlar daha komfortlu evlərdə yaşayırlar.
“Qazaxıstan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Fransadan olan döyüşçülər var. Amma çoxu Səudiyyə

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR