Madonna oğluna görə məhkəməyə şikayətləndi

412895Dünya pop-musiqisinin kraliçası sayılan amerikalı Madonna və sbaiq əri arasında yeni dava başlanıb.

57 yaşlı Madonna 15 yaşlı oğlu Rokkonu sabiq əri, britaniyalı kinorejissor, 47 yaşlı Qay Riçidən almaq istəyir.

2008-ci ildə qalmaqalla boşanmış Madonna və Riçi arasında 16 yaşlı Rokkoya görə əməllicə “savaş” başlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hazırda Londonda, atası ilə yaşayan Rokko ABŞ-a, anasının yanına yollanmaq istəmir.

Madonna ərini məhkəməyə verib və onun həbs edilməsini istəyib.

Rokko isə deyəsən, atası ilə yaşamaq istəyir. Onun sözlərinə görə, anası təlim-tərbiyə məsələlərində çox sərtdir, atası əksinə, şəndir və “yasaqlarla adamı bezdirmir”.

Dünən Nyu-Yorkun Manhetten məhkəməsində Madonnanın şikayəti əsasında proses başlanıb. Madonna Yeni Zelandiyada olduğundan iclasa telefonla qatılıb.

Madonnanın vəkilləri Riçinin həbsini tələb etsələr də, Nyu-York ştatının baş hakimi Debora Kaplan iddianı rədd edib və: “Madonna ilə Qay Riçi aralarındakı anlaşılmazlığı özləri həll etməlidirlər”, – deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR