Messi Argentinada oynamaq istəyir

img2022902“Barselona”nın futbolçusu Lionel Messi gələcək karyerası haqda danışıb.

Qol.az-ın məlumatına görə, “El Grafico”ya danışan argentinalı futbolçu gələcəkdə qısa müddətə də olsa, ölkəsində forma geyinmək istədiyini bildirib:
“Səhhətim imkan verəcəyi təqdirdə futbol oynamağa davam edəcəm. Zamanı gəldikdə karyeramı başa vuracam. Ona qədər qısa müddət də olsa, Argentinada forma geyinmək istəyirəm. Nə zaman olacağını bilmirəm, ancaq bunu çox arzulayıram”.
Qeyd edək ki, Argentinada “Newell’s Old Boys” klunun gənc komandasında çıxış edən Messi daha sonra “Barselona”ya transfer olaraq karyerasını burada davam etdirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR