Misir təyyarəsini qaçıranın partlayıcı kəməri saxta olub

img204138881 sərnişinlə Egypt Air təyyarəsini qaçıran şəxsin partlayıcı kəməri saxta olub. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.
Məlumata görə, bu barədə Misirin  Mülki Aviasiya Nazirliyindən bildirilib.
Qeyd edək ki, Misir təyyarəsini qaçıran şəxs əllərini havaya qaldıraraq təslim olub.
Səhər saatlarında Misir vətəndaşı Seyfəddin Mustafa Egypt Air şirkətinin sərnişin təyyarəsini ələ keçirib. Təyyarənin göyərtəsində 81 nəfər olub. Təyyarə Kiprin Larnaki hava limanına enib. Girov götürən şəxs polisə təslim olub.
Misir hökuməti təyyarənin qaçırılmasını “tapmaca” adlandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR