“Ögey ana”da bu epizodu görməmisiniz – FOTO

publika.az14570886211c16d78f-6ecc-4ad0-8b76-620d1b26463eAzərbaycanın tanınmış aktyoru və rejissoru Ceyhun Mirzəyevin ilk rol aldığı “Ögey ana” filmindəki nadir videogörüntüsü üzə çıxıb.

Publika.az xəbər verir ki, mərhum aktyorun “Ögey ana” filmində efirə getməmiş görüntüləri böyük marağa səbəb olub.

“Ögey ana”nın əsas qəhrəmanı “İsmayıl”ın nənəsi ilə birlikdə anasının məzarını ziyarət etdiyi kadr ilk dəfə “Mədəniyyət” telekanalında nümayiş etdirilib. Maraqlı məqam bundan ibarətdir ki, həmin epizod sonralar hansısa səbəblər üzündən filmdən çıxarılıb.

Qeyd edək ki, C.Mirzəyev “Ögey ana”, “Yenilməz batalyon”, “Lətifə”, “Yol əhvalatı” və digər filmlərdə rol alıb, məşhur “Bəyin oğurlanması”, “Fəryad” filmlərinin rejissoru olub. 467323556d9686d285041457088621_cc298759-311f-4e94-aacc-510ef3130c1b

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR