Onlar beynimizi necə yuyurlar?

12910144_205136173193117_1895871762_n“Survivor” kimi bir çox proqramlar, realiti-şoular eyni şirkətə bağlı verlişlərdir. Həmin verlişləri xüsusi psixoloqlalar və ssenaristlər tərəfindən yazılır. Məqsədləri isə, insanların beyninə öz siyasətlərini yeritməkdir. Nəyə görə hər gün müxtəlif mövzulu verlişlər çıxır ? Nəyə görə Survivor xüsusiyyətli verlişlər, seriallar dünyanın dörd bir yanında yayımlanır ? Sizcə hər bir ölkə özü öz daxilində bir verliş hazırlaya bilməz ? Əlbəttə bilər. Ancaq buna icazələri yoxdur. Bəzi verlişlər və seriallar vardır ki, onlar xüsusi məqsədlə yazıldığı üçün telekanallar məcburi şəkildə onları yayımlamalıdır. Əgər yayımlamasa, inanınki hansı ölkənin, hansı reytinqin sahibi olmasından asılı olmayaraq həmin telekanal bağlanar.

Məsələn, ilk öncə seriallardan başlayaq. Seriallar əxlaqsızlıq yayır. Sizcə nəyə görə serialların çoxunu xanımlar izləyir ? Ona görə ki, bu da xüsusi plandır. Bunun üçün də psixoloqlar xüsusi yollar axtarır. 1990-cı illərin seriallarında senzura ləvğ olundu. Serialların çoxu eyni ssenari üstündə, sevgi üstündə yazıldı. Pak hisslərlə yazılmış sevgi yox…Məsələn varlı bir qız kasıb, narkoman, içki düşkünü, avara bir oğlan sevir. Ailəsi isə buna qarşı çıxır.

Qız isə ailəsindən üz döndərib, oğlanın yanına qaçır. Və xoşbəxt son! Qızla oğlan öpüşür, tamaşaçıların gözləri yaşarır. Bəs bundan sonra necə olacaq ? O oğlanla qız xoşbəxt olacaqmı? Bax bu sual altındadr. Bu heç kəsə, nə mənə, nə sənə, nə ona, nə başqasına, nə də ki, o filmi hazırlayanlara lazımdır. Əsas onların birləşməsidir. Gəlin vicdanla düşünək, o seriala və yaxud filmə baxan on üç yaşlı qızın psixologiyası necə olar axı? Qızın yeniyetməlik, yəni ki, ən həssas dövündə bütün psixologiyası alt üst olur. Məktəb dərslərini oxumağa çalışan qız şüuraltı olaraq özünə sevgili axtarır. Bu qızdan asılı olan bir şey deyil. İstəyir ki, həyatı o serialdakı baş qəhrəman qız kimi olsun. Qız özünə sevgili tapır, ailəsi qarşı çıxır, buna görə də qız eynilə serialdakı kimi ailəsinə qarşı çıxır, atasından üz döndərir və yeniyetməliyin ilk çağlarında bir oğlanla sevgili olur. Bir müddət keçir və ayrılırlar, on beş yaşlı qız uşağı sevgi dərdi çəkir.

Mən açığı köhnə Azərbaycan filmlərində öpüş səhnəsi görməmişəm. Amma 1990-cı illərin sonlarında öpüş səhnələri baş alıb gedirdi. Əlbəttə öpüşmək heç də pis şey deyil. Ancaq bu öpüş sadəcə ilk addım idi. İlk vaxtlar tamaşaçılar bunu qəbul etmir, üzünü çevirir, amma serial psixologiyasına elə təsir edib ki, serialdan da ayrıla bilmir. O lənətə gəlmişlər bizim beynimizi, şüuraltımızı zəhərləyib. Sonralar həmin öpüş səhnələri adiləşdi. Artıq hər kəs bunu təbii qəbul etdi. Bu sadəcə ilk addım idi. Daha sonra telekanallarda sevişməni qabartdılar. Öpüşü məcburi olaraq normal qəbul edən tamaşaçı sevişməni müəyyən vaxtla sevişməyi də normal qəbul edir. Əxlaqsızlıq baş alıb gedir.

İnanın ki, yüzdən çox qorxulu film izləmişəm. Və heç birindən də qorxmamışam, qorxmuram. Nəyə görə qorxmalıyam ki? Qorxulu filmlərdə hər şey açıq aydın göz qabağında olur. Mən əsas o sevgi seriallarından, kinolarından və yaxud digər qorxulu olmayan filmlərdən qorxuram. Çünki bizi qorxudanlar əslində onlardır. Şüuraltı səhnələrlə beynimizi zəhərləyirlər. İstəyirlər ki, biz televizordan asılı olaq. Nə versələr qul kimi baxaq. Başqa heçnə ilə məşğul olmayaq! Kitab oxumayaq, siyasətlə məşğul olmayaq vəs. Dünyanın hansı yerində müharibədir, hansı yerində aclıqdır, hansı yerində haqsızlıq var ? Əşi sənə nə? Sən otur o televizorun qarşısında və filmini izlə. Bax gör o oğlanla qız axırda evlənə biləcək ? Gözünü belə qaldırma televizordan.

“Survivor”, “Aclıq oyunları”, ölüm-dirim müsabiqələri xarakterli filmlərin, serialların, verlişlərin hazırlanmasında məqsəd odur ki, insanları Apocalipsis hazırlasınlar. İnsanlara açıq aydın göstərirlər ki “Bax, indidən öyrən! Sabahları dünya beli yer olacaq!” Bu lənətə gəlmiş sistem televizorla bizi öpüşə, seksə alışdırdığı kimi Apocalipsisə də hazırlayır. Dünyanın məhv olmasına hazırlayır. İstəyirlər ki, psixologiyamızla elə oynasınlar ki, dünyanı xarabalığa çevirdiklərində insanlar bunu normal qəbul etsinlər. Özlərində “Əşi, mən Survivora baxmışam! Deməli sağ qalacam!” – dedizdirib təsəlli tapdırsınlar.

Heç kəs sual verməsin ki, dünya nə vaxt belə oldu ? Niyə belə oldu ? Kim belə etdi ? Çalışın o evinizdəki kvadrat şeytandan uzaq durun. O sizi bu dünyadan oğurlayıb, o qanun yazanların ayağları altına aparır. Bir gün başınızı televizordan qaldırıb özünüzü xarabalığa dönmüş dünyada tapsanız, bu yazımı xatırlayarsınız. Amma gec olacaq…

Oxuduğunuz üçün təşəkkür edirəm.

Hikmət Paşa

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR