Peskov: Rusiya Türkiyə ilə heç bir əlaqəyə hazır deyil

1394192554_0663.1000x800Ankara “belə bir vəziyyətə edilməsi gərək olanı” etməlidir.

Hazırda Rusiya Türkiyə ilə heç bir əlaqəyə hazır deyil.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TVM telekanalının efirində “Pravo znat!” (“Bilmək haqqı!”) verilişində bəyan edib.

“İndi Rusiya Türkiyə tərəfi ilə heç bir əlaqəyə hazır deyil”, – o bildirib.

Peskov, həmçinin Türkiyəni “belə bir vəziyyətə edilməsi gərək olanı” etməyə çağırıb.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında münasibətlər 2015-ciu ilin noyabrın 24-də Suriya səmasında Türkiyə HHQ tərəfindən Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulmasından sonra kəskin şəkildə pisləşib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR