Rüfət Əhmədzadə “Legion.az” saytına baş redaktor təyin olundu-Qafqaznews.org “Kavkaznews.az” domeni ilə əvəz edilib

Безымянный copyTanınmış jurnalist, Qafqaz Xəbər Agentliyinin əməkdaşı Rüfət Əhmədzadə agentlik nəzdində fəaliyyət göstərən ikidilli “Legion.az” analitik-informasiya portalına baş redaktor təyin olunub.Bezy-myanny-j-copy-3-300x129 (1) copy
Qafqaznews.az xəbər verir ki, R.Əhmədzadə “Qafqaz Xəbər Agentliyi” MMC-nin direktoru Araz Məmmədovun təqdimatı əsasında Azərbaycan və rus dillərində fəaliyyət göstərən sayta rəhbərlik edəcək.
R.Əhmədzadə bildirib ki, rəhbərlik edəcəyi portalda Azərbaycan ictimaiyyətini narahat edən məsələlərlə yanaşı, regional və beynəlxalq proseslərə də yer veriləcək, geopolitik təhlil yazıları daha çox dərc olunacaq.
Eyni zamanda, agentlik nəzdindəki rusdilli Qafqaznews.org  da Kavkaznews.az domeni ilə əvəz olunub.
Agentliyin direktoru Araz Məmmədov bildirib ki, saytda aparılan yenidənqurma işləri zamanı rusdilli oxucuların tələbləri və regional əhəmiyyət daşıyan məqamlar da nəzərə alınacaq.

Şamil Əfəndi

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR