Rusiya ordusunu Suriyaya qaytarmır

133806_res_01Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Suriyadan Rusiya hərbi qruplaşmasının çıxarılması barədə qərar qəbul edilib, lakin Xmeymim və Tartusdakı məntəqələr qalmaqdadır.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri bəzi KİV-də Rusiyanın qoşunlarını Suriyaya geri qaytarması ilə bağlı dərc olunmuş məlumatları şərh edərkən belə deyib.

«O ki qaldı bu xəbərlərə, əlbəttə ki, Müdafiə Nazirliyinə müraciət etməyiniz daha çox yerinə düşərdi. Mən isə sadəcə onu xatırlatmaq istəyirəm ki, prezident kontingentimizin Suriyadan çıxarılması barədə qərar verib. Xmeymimdə və Tartusda isə müvəqqəti dislokasiya məntəqələrimiz qalmaqdadır ki, onların təhlükəsizliyi qorunur», – Peskov belə deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR