Rusiyada neft yatağında partlayış olub

image25049414_9337f5c5e8e2acb0988defddc80cdc4aÖlən və xəsarət alanlar var.

Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

Məlumata əsasən, “Yarudeysk” neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR