Rusiyanın “НТВ” telekanalı Azərbaycan haqqında veriliş hazırlayır

W1siZiIsIjIwMTYvMDMvMjkvMTUvNTAvNDMvNDA0L0Jha3UgNiwgQXplcmJheWNhbi5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQVerilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, bununla əlaqədar, Rusiyanın “НТВ” telekanalında hər həftə yayımlanan “Поедем, поедим!” kulinar-etnoqrafik verilişində Respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub. Bu məqsədlə 2016-cı ilin 28 mart – 01 aprel tarixində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaqdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR