Şou aləmində yeni tac qalmaqalı başladı

tac46Elza Seyidcahanın başında tac, məşhur “Ağ çiçəyim”i oxuması şou aləmində ortalığı qarışdırdı

Ötən gün əməkdar artist Elza Seyidcahanın telekanalların birində tacla görünməsi sənətçi həmkarları tərəfindən qınaqla qarşılanıb. Biz çoxları onun acığa, qəsdən başında tac, məşhur “Ağ çiçəyim” mahnısını oxduğunu iddia edir. Məlumdur ki, illər öncə bu mahnını Elza Seyidcahan mərhum xalq artisti İlhamə Quliyeva ilə birgə ifa edib.
Məsələ ilə bağlı əməkdar artist müsavat.com-a açıqlama verib: “7 mart Heydər Əliyev adına sarayda keçirilən “Bu şəhərdə”nin konserti və “Nizami” kinoteatrında təqdimatı baş tutan “Zaman adlı qatar” filmi üçün bəzənmişdim. Stilist Pərviz Mirzoyev geyimimə uyğun olaraq çox vaxt etdiyi kimi başıma tac taxdı. Səhəri gün 8 Martla bağlı “Space” telekanalında yayımlanan canlı verilişdə yenə həmin geyimdə, başıma tac taxaraq “Ağ çiçəyim” mahnısını ifa etdim. Bəziləri buna qıcıqlandılar ki, “niyə başında tac bu mahnını oxumusan?” Guya bunu bilə-bilə və acığa etmişəm. Belə bir məsələ var e, oğru elə bilər hamı oğrudur”.
Əməkdar artist onu qınayanları kəskin tənqid edib: “Zəhmət çəksinlər Elza Seyidcahanın məktəb, tələbə vaxtlarındakı arxivinə nəzərə salsınlar ki, sonradan görən olmayıb və kimdənsə oğurlamayıb. Elza Seyidcahan başına tüllü şlyapa, tac, gül, broş qoyanda, “Lama” əlcəklər taxanda siz harda idiz? Tac və gözəl aksessuarlar hər bir xanıma məxsusdur ki, hər zaman gözəl olsunlar”.
Elza Seyidcahan bəzi kişi müğənnilərinə söz atıb: “Bəzi kişi müğənnilər var ki, utanmasalar hər dəfə başına tac qoyub çıxarlar efirə ki, qoy biz olaq almadərən. Min sifətlilər! Sizin saxta sifətinizi, Allaha şükür, mən görmüşəm. Arxada nəsiz, üzdə nəsiz? Allaha şükür ki, tac Elzanın sənətinə layiqdir. Yoxsa bəzi quzğunların ağzı bağlanmazdı!”.
Xatırladaq ki, şou-biznes aləmində “tac davası” uzun müddətdir ki, yaşanır. Bundan öncə mərhum xalq artisti İlhamə Quliyeva şou-biznesin yeganə tac taxma hüquqlarının ona aid olduğunu iddia edir, digər tac taxan sənətkarları tənqid atəşinə tuturdu. İlhamə Quliyevanın ölümündən sonra müğənni Röya Ayxan xalq artistinin taclarını ona bağışladığını açıqlamışdı. Bu günədək şou aləmində xalq artisti Aygün Kazımova, əməkdar artist Elza Seyidcahan, aktrisa Məleykə Əsədova, Azəri qızı Günel, müğənni Elnarə Xəlilova, “Eurovision 2011” qalibi Nigar Camal tac taxıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR