Suriyada İŞİD-in “ikinci adamı” öldürülüb

ef9c40a2a3a6bfe4cea89c047d7f1172Suriyada İŞİD terror qruplaşmasının nüfuzlu liderlərindən biri, təşkilatın “ikinci adamı” hesab edilən Əbd əl-Rəhmən Mustafa əl-Qaduli keçirilən əməliyyat zamanı öldürülüb.

APA-nın NBC News-a istinadən verdiyi məlumata görə, Pentaqonun başçısı Eşton Karter və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford faktı təsdiqləyiblər.

Qeyd edək ki, əl-Qadulinin başına 10 milyon dollar pul kəsilmişdi. Onun yeri barədə məlumat verənə isə 7 milyon dollar vəd edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR