Təyyarəni qaçıran şəxs tutuldu: Sərnişinlər azadlıqda

egyptair1_1_w800Təyyarəni qaçıran şəxs həbs edildi.

Kiprdə Larnaki aeroportuna enən Misir aviaşirkətinə məxsus A320 təyyarəsini qaçıran saxlanıldı.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kiprin “Siqma” telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin üzərində partlayıcı olmayıb.

Onun həbs edilməsinə dair məlumatı Kipr hökumətinin nümayəndəsi Nikos Xristodulidis təsdiq edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR