Türk polisi bu rus qızı axtarır

72537Türkiyə polisi Rusiyadan olan potensial “canlı bomba”nın axtarışına başlayıb.

Qafqaznews.az anspress-ə istinadən bildirir ki, 18 yaşlı qızın adı bir çox terror hadisələrində hallanır. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olması məlumdur.

Dağıstanın 18 yaşlı sakini Kristina Tixonova, həmçinin xarici xüsusi xidmət orqanları tərəfindən İŞİD terror qruplaşmasında iştirakda şübhəli bilinir. Onun İŞİD üzvü olduğu bildirilir.
Türkiyə mətbuatının polisə istinadən verdiyi məlumata görə, Kristina fevralın 18-də Moskvadan İstanbula gəlib. Türkiyəyə gələrkən qız dostlarına “cənnətə düşmək üçün özümü partlatmaq istəyirəm” bildirib. Jurnalistlər potensial terrorçu kamikadzenin fotosunu dərc edib.
Hazırda onun yeri məlum deyil. Onun tapılması üçün axtarış elan edilib.
strtuy-475767

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR