Türkiyə ilə Avropa Birliyi (AB) arasında imzalanması planlaşdırılan miqrant razılaşmasının müzakirə olunduğu Avropa Parlamentinin iclasında qalmaqal baş verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkləri təhqir edən yunan parlamentari iclasdan qovulub.
Yunanıstanın irqçi “Qızıl Şəfəq” Partiyasının təmsilçisi Elefherios Sinadinos çıxışında “türk it kimidir. Vəhşi görünər, amma bir düşmənlə qarşılaşanda qaçar” deyib.
Avropa Parlamentinin sədri Martin Şults “qırmızı xətt”i keçdiyi üçün yunan deputatın iclasdan kənarlaşdırılmasını istəyib. Sinanidos parlament səlahiyyətlilərinin müşayiəti ilə çölə çıxarılıb.