XİN: Savçenko yaya qədər Ukraynaya qayıda bilər

3e13fdf7-3ce7-4ad4-9b4e-b30851891a2c_292Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Dmitri Kuleba bildirib ki, Rusiyada həbs olunan təyyarəçi Nadejda Savçenko yaya qədər Ukraynaya qayıda bilər.

“Report” xəbər verir ki, bu barədə “Dojd” telekanalı məlumat yayıb.

“Əgər hər şey normal olarsa, o zaman düşünürəm ki, Savçenko yayadək qayıda bilər”, — deyə Kuleba bildirib.

O qeyd edib ki, XİN Savçenkonu Ukraynada həbs olunan Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev ilə dəyişdirməyə hazırdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR